Hokkey üzrə Azərbaycan millisi Rusiyanı məğlub etdi
15 May 2009 Cümə 09:05
Azərbaycan milli komandası yoldaşlıq oyununda Rusiya millisinə 2-0 hesabı ilə qalib gəlib

 

Qadın hokkeyçilərdən ibarət Rusiya millisi Bakıda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində milli komandamızla daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb. Ruslar hazırlıq çərçivəsində millimizlə keçirdikləri 3-cü yoldaşlıq oyununda da məğlub olublar. Otüstü hokkey kompleksində baş tutmuş yoldaşlıq matçı bu dəfə də komandamızın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bu gün millimiz Rusiya yığması ilə 4-cü yoldaşlıq görüşünü keçirəcək.

Qeyd edək ki, məhz bu oyunların nəticəsinə əsasən, qadınlardan ibarət “Atasport” klubunun Hollandiya turnesində ölkəmizin idman şərəfini qoruyacaq heyəti müəyyənləşəcək. “Atasport” Hollandiyada keçiriləcək Avropa çempionları kubokunun elit mərhələsinin oyunlarına koreyalı məşqçi Con Ce Honqun rəhbərliyi altında çıxacaq. Komandamız bu turnirdə İngiltərənin “Slau”, Belçikanın “Rayal Antverpen” və Hollandiyanın “Hertogenboş” klubları ilə bir qrupda mübarizə aparacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar