Hokkey oyununda görünməmiş hadisə
29 Dekabr 2009 Çərşənbə Axşamı 21:15
Hokkey oyununa rekord sayda tamaşaçı toplaşıb
İsveçin yüksək hokkey liqası çərçivəsində "Frelunda" və "Ferestad" klubları arasında keçirilən matça Avropa üçün rekord sayda tamaşaçı toplaşıb. Bu oyunu nə az, nə çox, düz 31 144 nəfər izləyib.

Sözügedən klubların görüşü Höteburqun yenidən qurulmuş “Ullevi” stadionunda açıq havada baş tutub.

30 mindən yuxarı insanın izlədiyi oyun isə 4:1 hesabı ilə "Frelunda"nın xeyrinə başa çatıb.

Xatırladaq ki, hokkey oyunlarına azarkeş gəlişi üzrə əvvəlki rekord isveçrəlilərə məxsusdur. Belə ki, 2007-ci ildə “Berna” və “Laqnau” oyununa 30 076 azarkeş toplaşmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar