Hiddink parlamentə çağırıla bilər
14 Oktyabr 2010 Cümə Axşamı 17:00
Türkiyəli deputatlar ondan izahat tələb edir.
Futbol üzrə Türkiyə yığma komandasının hollandiyalı baş məşqçisi Qus Hiddink Türkiyə Böyük Millət Məclisində cavab verə bilər. Belə bir təşəbbüslə Türkiyə parlamentinin bəzi millət vəkilləri çıxış edib. Onlar Qus Hiddinkin yığmada uğursuz nəticələr göstərməsinin səbəbini bildirməsini istəyir.
Xatırladaq ki, Türkiyə yığması Avro-2012-nin seçmə qrup mərhələsinin son iki oyununda müvafiq olaraq Almaniyaya 0:3, millimizə isə 0:1 hesabı ilə uduzub. Türkiyə millisi qrup lideri Almaniya millisindən 6 xal geri qalır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: