Hicablı milli
02 Avqust 2010 Bazar Ertəsi 17:05
İranın reqbi millisi geyim forması ilə diqqət mərkəzində.
İranın qadınlardan ibarət reqbi yığmasının üzvləri Avropada keçirdiyi qarşılaşmalarda öz geyimləri ilə hamının diqqət mərkəzinə çeviriliblər. Avropada ilk dəfə meydana çıxan İranın qadın reqbi millisi İtaliyada keçirdiyi ilk iki oyunda 10:0 və 33:0 hesabı ilə məğlub olub.

“Daily Mail” nəşrinin yazdığına görə, meydançada rahat hərəkət edə bilməyən yığma üzvləri hicab və uzunqol idman formasında matç keçiriblər. Komandanın kapitanı Zühre Eyni əvvəllər futbol oynadığını və reqbi ilə özünü sınadıqdan sonra bu idman növünə daha çox həvəs göstərdiyini bildirib. Bununla belə, kapitan, ailəsinin bu idman növünün qadınlar üçün olmadığı qənaətində olduğunu bildirib.

22 yaşlı Zühre Eyni matç zamanı hicabı başlarında saxlamağın əsas çətinlik olduğunu, lakin zamanla bu problemin öhdəsindən gələ bildiklərini qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar