Heybətulla Hacəliyev uduzub
01 Avqust 2012 Çərşənbə 10:07
Boksçu Heybətulla Hacəliyev Tunis təmsilçisinə uduzub.
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının IV yarış günü Azərbaycan idmançları daha bir məğlubiyyət yaşayaıb. Boksçulardan Heybətulla Hacəliyev (64 kq) rinqə çıxıb. İdmançımızın döyüşü Bakı vaxtı ilə saat 03:02 başlayıb.

21 yaşlı idmançımız 1/16 final mərhələsindən yarışa qatılan Hacəliyev Tunis təmsilçisi olan Abderrazak Houya ilə qarşılaşıb. Azərbayacan təmsilçisinin üstünlüyü ilə başlayan döyüş fasiləyə kimi 6:3 olub. İkinci hissədə boksçular hərəyə 5 dəqiq zərbə vurublar – 11:8.

Təmsilçimiz üstünlüyünü sona kimi qoruya bilməyib və axırıncı raunda 5 xal qazanıb. Rəqib isə 11 dəqiq zərbə vurub. H.Hacəliyev 16:19 hesabı ilə uduzaraq, Olimpiadada çıxışını dayandırıb.

Qeyd edək ki, Azərbaycan London Olimpiadasında 8 boksçu ilə təmsil edilir. Hələlik Soltan Migitinov (75 kq) mərhələ adlayıb. Hacəliyevdən öncə Vətən Hüseynli (81 kq) və Elvin Məmişzadə (52 kq) 1/16 finalda uduzub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar