Heybətulla Hacəliyev mübarizəni dayandırdı
01 Avqust 2012 Çərşənbə 03:30
Boksçumuz Heybətulla Hacəliyev tunisli rəqibinə son raundda məğlub oldu.
XXX London Yay olimpiadasında daha bir boksçumuz məğlub oldu. 64 kq çəki dərəcəsində yarışa 1/16 final mərhələsindən qatılan Heybətulla Hacəliyev Tunis təmsilçisi Abderrazak Houyanla qarşılaşıb.
İlk raund Heybətullanın üstünlüyü ilə keçib - 6:3. Təmsilçimiz ikinci raundu da öz xeyrinə başa vurub - 11:8. Üçüncü raund isə tamamilə rəqibin üstünlüyü ilə keçib və Hacıəliyev yekunda rəqibinə uduzub - 16:19.
DOSTLARINLA PAYLAŞ: