“Hetafe” “Vilyareal”ı məğlub etdi
12 Dekabr 2010 Bazar 01:30
Meydan sahiblərinin iki oyunçusu meydandan qovulub
“Hetafe” klubu İspaniya çempionatında öz meydanında “Vilyareal”a qalib gəlib. “Alfonso Peres” stadionunda çempionatın 15-ci turu çərçivəsində keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb.

Meydan sahibləri qolu oyunun sonuncu dəqiqəsində vurublar. Baxmayaraq ki, onlar ikinci hissəni azlıqda keçiriblər. Birinci hissənin sonlarında müdafiəçi Daniel Kata Dias meydandan qovulub. Qarşılaşmadakı yeganə qolu uruqvaylı Xuan Albin vurub. O, qol sevincini yaşayarkən ikinci sarı vətəqəni alıb və “Hetafe”nin meydandan qovulan ikinci futbolçusu olub.

Bu qələbədən sonra 23 xal toplayan “Hetafe” turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Vilyareal” isə 30 xalla üçüncü yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar