Həsən Şaş karyerasını başa vurub
13 İyun 2009 Şənbə 14:45
Dünyada ən tanınmış türk futbolçularından biri olan “Qalatasaray”ın ulduzu Həsən Şaş karyerasını tamamlayıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, H. Şaşın “Qalatasaray”la müqaviləsi bu il başa çatıb və klub rəhbərliyi onunla müqaviləni uzatmayıb. 32 yaşlı futbolçu Türkiyədəki bəzi klublardan, həmçinin Qatar və Səudiyyə Ərəbistanından transfer təklifləri almasına baxmayaraq, “Qalatasaray”dan başqa heç bir komandada oynamaq istəmədiyi üçün ailəsi ilə də məsləhətləşərək karyerasına nöqtə qoymağa qərar verib.

Qeyd edək ki, Həsən Gökhan Şaş 1998-ci ildə “Ankaragücü”ndən “Qalatasaray”a keçib. Karyerasında 5 Türkiyə çempionluğu, 3 ölkə kuboku, 1 UEFA kuboku və 1 UEFA Superkuboku var. 2002-ci ilin dünya çempionatında Türkiyə milli komandasının heyətində bürünc medal qazanıb. Orta xətdə oynayan H. Şaş “Qalatasaray”ın heyətində 350 rəsmi matçda 53 qol, Türkiyə yığmasında isə 57 matçda 9 qol vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar