Həndbol üzrə Almaniya Bundesliqasında çıxış edən TSV Dormagen klubunun oyunçusu Sebastian Faisst, İsveç klubu ilə keçirilən qarşılaşmda komandasını önə keçirən ilk qolu vurduqdan sonra meydanın mərkəzində yerə yıxılıb. Komandanın həkimi Kurt Steuer və meydanda olan başqa bir həkimin 1 saat davam edən müdaxiləsinə baxmayaraq, Faisstin həyatını xilas etmək mümkün olmayıb. Almaniya Həndbol Federasiyası, martın 7-də ad gününü qeyd etməyə hazırlaşan 20 yaşlı həndbolçunun öldüyünü açıqlayıb. Komandanın həkimi Steuer, gənc həndbolçunun qan damarında meydana gələn yırtıq səbəbindən öldüyünü güman edir.
Qeyd edək ki, baş verən bu acı hadisədən sonra qarşılaşma təxirə salınıb. /ANS PRESS/