Həmyerlimizə Moskva “Spartak”ından təklif gəlib
10 Dekabr 2010 Cümə 15:25
Emin Mahmudov qışda klubunu dəyişə bilər
Rusiyanın “Saturn” klubunun 18 yaşlı futbolçusu Emin Mahmudov klubunu dəyişir. Həmyerlimiz Rusiyanın nəhəng klublarından sayılan Moskva “Spartak”ı ilə müqavilə imzalaya bilər.

Artıq “Spartak” rəsmi şəkildə “Saturn” klubuna müraciət ünvanlayıb. Maliyyə sıxıntısı içində olan “Saturn”un həmyerlimizi satıb-satmayacağı isə yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, Emin Mahmudov Azərbaycanın Saatlı rayonunda doğulub. Futbolçu bir vaxtlar yeniyetmələrdən ibarət yığmamızın da şərəfini qoruyub. O, Rusiya çempionatında ilk qolunu bu mövsüm yığmamızın digər üzvü Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubunun qapısından keçirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar