Həmyerlimiz Cənubi Koreyada ən yaxşı futbolçu seçildi
14 Dekabr 2010 Çərşənbə Axşamı 14:25
Nazim Mikayıllı yerli çempionatda 10 qol vurub
Bu il sentyabrın 3-də Cənubi Koreyanın paytaxtı Seulda başlayan və BUTA Azərbaycan futbol komandasının da iştirak etdiyi ənənəvi futbol çempionatı başa çatıb. Diasoprla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, çempionatın bu dəfəki qalibi OUTKASTS komandası olub. Amma birincilik BUTA Azərbaycan futbol komandası üçün də yaddaqalan olub.
Belə ki, komandanın üzvü Nazim Mikayıllı çempionatın ən yaxşı oyuncusu adına layiq görülüb. Nazim Mikayıllı komandanın keçirdiyi oyunlarda vurduğu 10 qolla digər rəqiblərini geridə qoyub və turnirin ən yaxşı oyunçusu olaraq kubokla təltif edilib.
Xatırladaq ki, BUTA komandası bu ilin avqust ayında Cənubi Koreyada fəaliyyət göstərən BUTA Azərbaycan-Koreya Tələbə təşkilatının təşəbbüsü və Koreyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə yaradılıb.
DOSTLARINLA PAYLAŞ: