Həmyerlimiz Bundesliqada çıxış edə bilər
27 Oktyabr 2011 Cümə Axşamı 11:16
Emin Mahmudovun “Spartak”dan ayrılacağı gözlənilir.
Moskvanın “Spartak” klubunun azərbaycanəsilli futbolçusu Emin Mahmudov karyerasını Almaniya və İsveçrə klublarından birində davam etdirə bilər. ANS PRESS-in “Bobsoccer” saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu xarici klublarda icarə əsasında, yaxud da müqavilə ilə oynaya bilər. Emin Mahmudovun artıq qışda “Spartak”dan ayırılacağı gözlənilir.
Qeyd edək ki, əvvəllər “Saturn” klubunun şərəfini qoruyan Emin Mahmudov bu mövsüm “Spartak”ın (Moskva) heyətində 14 qarşılaşmada meydana çıxaraq 1 qola imza atıb.
Xatırladaq ki, Emin Mahmudov hazırda Rusiyada yaşasa da Azərbaycanın Saatlı rayonunda doğulub. O, 18 və 19 yaşlılardan ibarət Rusiya yığması və gənclərdən ibarət Azərbaycan millisinin heyətinə cəlb edilib. Futbolçunun Azərbaycan və Rusiyanın əsas yığmalarından gələn təklifin hansına üstünlük verəcəyi isə maraqla gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: