Həmyerlimiz Aleksandr Əliyev “Dinamo”ya transfer olunur
10 Yanvar 2011 Bazar Ertəsi 11:21
Aleksandr Əliyev tezliklə rəsmi müqaviləyə imza atacaq.
Ukrayna yığması və Rusiyanın “Lokomotiv” klubunun üzvü Aleksandr Əliyev “Dinamo” (Kiyev) klubuna transfer olunur.

Hər iki klub artıq demək olar ki, müqavilə şərtlərini razılaşdırıb. 25 yaşlı Aleksandr Əliyev 2002-ci ildən 2010-cu ilədək şərəfini qoruduğu “Dimamo”ya geri dönməyin əleyhinə deyil. Yaxın günlərdə “Dinamo”nun rəsmi şəkildə müqavilə imzalayaraq Aleksandr Əliyevi sıralarına qatacağı gözlənilir.

Xatırladaq ki, Aleksandr Əliyev Ukrayna yığmasının şərəfini qorusa da milliyətcə azərbaycanlıdır. Futbolçu müsahibələrində dəfələrlə babasının azərbaycanlı olduğunu bildirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar