Həmyerlilərimiz FİDE ilə rəsmi müqavilə imzalayıblar
24 Dekabr 2010 Cümə 10:15
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Dünya şahmat tacı”na iddia edirlər
Beynəlxalq Şahmat Federasiyası (FİDE) “Dünya şahmat tacı”na iddiaçıların turnirində iştirak edəcək idmançıların adını açıqlayıb. Yarışda ümumilikdə 8 şahmatçı iştirak edəcək. Bu şahmatçıların arasında iki azərbaycanlı qrossmeyster də var.
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov artıq turnurdə iştirak etmək üçün FİDE ilə rəsmi müqavilə də imzalayıblar. Ümumilikdə norveçli Maqnus Karlsdən başqa turnirdə iştirakları nəzərdə tutulmuş bütün şahmatçılar FİDE ilə rəsmi müqavilə imzalayıblar. Turnirdə iştirakdan imtina etmiş Maqnus Karlsseni isə yarışda Aleksandr Qrişuk əvəzləyəcək.
“Dünya şahmat tacı”na iddiaçıların turnirində iştirak edəcək bütün şahmatçıları nəzərinizə çatdırırıq: Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Veselin Topalov, Vladimir Kramnik, Boris Qelfand, Aleksandr Qrişuk, Qata Kamski, Levon Aronyan.
Xatırladaq ki, “Dünya şahmat tacı”na iddiaçıların turniri 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: