Həmid Altıntop “Qalatasaray”da
11 İyul 2012 Çərşənbə 02:04
İstanbul klubu “Real”la danışıqlara başladığını rəsmən açıqlayıb.
Türkiyənin “Qalatasaray” klubu Həmid Altıntopun transferi ilə bağlı Madridin “Real” komandası ilə danışıqlara başladığını rəsmən açıqlayıb.

“Peşəkar futbolçu Həmid Altıntopun transferi üçün klubu “Real”la danışıqlara başlanılıb. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”, - açıqlamada deyilir.

“Qalatasaray”ın ulduz futbolçuya ildə 3,3 milyon və hər oyuna grə 20 min avro ödəyəcəyi bildirilir. Bundan başqa, komanda ölkə çempionatında ilk iki yerdən birini tutsa, Həmid Altıntop əlavə 300 min avro qazanacaq.

Qeyd edək ki, Həmid Altıntopu “Qalatasaray”ın əsas rəqibi “Fənərbağça” da transfer etmək istəyirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar