Həftənin ən gözəl qolları
16 Fevral 2013 Şənbə 03:01
Qolların hit-paradına Samuel Umtiti liderlik edir.
Portuqaliyanın məşhur TVGolo.com saytı ənənəvi olaraq dünyanın futbol meydanlarında həftə ərzində vurulan ən gözəl qolları müəyyənləşdirib. ANS PRESS-in məlumatına görə, bu həftəki hit-paradda Fransanın “Lion” klubunun futbolçusu Samuel Umtitinin vurduğu qol liderdir. Səsvermədə iştirak edənlərin təxminən 36 faizi həftənin ən gözəl qolu kimi məhz onu seçib. Madrid “Real”ının ulduzu Kriştianu Ronaldunun vurduğu qol indiyədək təxminən 25 faiz səs toplayıb.

Qeyd edək ki, portalda səsvermə davam edir və hər kəs bəyəndiyi qolu seçməklə nəticəni dəyişə bilər. ANS PRESS həftənin ən gözəl 10 qolunu təqdim edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar