Həftənin ən gözəl qolları
08 Dekabr 2012 Şənbə 01:19
Bu həftəki hit-paradın yekdil lideri hələlik yoxdur.
Portuqaliyanın məşhur TVGolo.com saytı ənənəvi olaraq dünyanın futbol meydanlarında həftə ərzində vurulan ən gözəl qolları müəyyənləşdirib. ANS PRESS-in məlumatına görə, bu həftəki hit-paradda Rumıniyanın “Styaua” klubunun futbolçusu Raul Ruseskunun vurduğu qol liderdir. Səsvermədə iştirak edənlərin təxminən 31,50 faizi həftənin ən gözəl qolu kimi məhz onu seçib. Lakin “Real”ın ulduzu Kritianu Ronaldunun qolu (28,50 faiz) ondan az geri qalır.

Bu həftəni hit-paradda aşağıdakı qollar yer alıb:

Pietre Di Ciorcio, “Kroton”
Amor Angeli, “Mons”
Raul Rusesku, “Styaua”
Duda, “Malaqa”
Stefen Qlison, “Milton Keyn Don”
Tomoaki Makino, “Urava Red Daymonds”
Cekob Mulenqa, “Utrext”
Kriştianu Ronaldu, “Real”
Nemanyan Vuşiçeviç, “Tokio”
Luis Alberto, “Kluj”.

Qeyd edək ki, portalda səsvermə davam edir və hər kəs bəyəndiyi qolu seçə bilər. ANS PRESS həftənin ən gözəl 10 qolunu təqdim edir.


2012.12.02 by GOTW


DOSTLARINLA PAYLAŞ:

oyunlar