Hədəfi ən dəqiq nişan alan xanım İradə Aşumova
14 İyun 2010 Bazar Ertəsi 23:10
İradə Aşumova ölkə çempionatında yenidən birinci olub.
Qadınlar arasında güllə atıcılığı üzrə ölkə çempionatı keçirilib. Xanım atıcılar pnevmatik tapançadan 10 metr məsafədə yerləşən hədəfi dəqiq nişan almağa çalışıblar. Bu növdə ölkə çempionu adını 400 mümkün xaldan 380 xal toplamış İradə Aşumova qazanıb. Afina olimpiyadasının bürünc mükafatçısı ölkə daxilində hamıdan güclü olduğunu bir daha təsdiqləyib.

İkinci yerin sahibi Nigar Bağırova çempiondan cəmi 1 xal az toplayıb. Ölkə çempionatının bürünc medalı aktivinə 375 xal yazmış Cəmalə Süleymanovaya qismət olub. Ölkə çempionatının qaliblərini iyulun 29-dan avqustun 10-na kimi Almaniyanın Münhen şəhərində keçiriləcək güllə atıcılığı üzrə Dünya çempionatında çıxış edəcək.

Bu turnir olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Münhen yarışmasında 1-6-cı yerləri tutan atıcılar 2012-ci ildə Londonda keçiriləcək 30-cu yay olimpiya oyunlarına birbaşa vəsiqə qazanacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar