Heç bir ölkə Ermənistanla futbol oynamaq istəmir
13 Fevral 2010 Şənbə 15:35
Bu ölkənin yığması yoldaşlıq görüşündə üz-üzə gələcəyi rəqibi tapa bilmir
Futbol üzrə Latviya yığma komandası Ermənistan kollektivi ilə yoldaşlıq görüşü keçirməkdən son anda imtina edib. İki ölkənin Futbol Federasiyaları əvvəlcədən razılığa gəlsələr də, Latviya tərəfi Anqola millisi ilə yoldaşlıq oyunu keçirməyə qərar verib.
Ermənistan tərəfi bundan sonra İslandiya Futbol Federasiyasına təklif göndərərək bu ölkənin millisi ilə görüşmək istədiklərini bildiriblər. Amma islandlar Kipr komandası ilə oynamağa üstünlük veriblər.
Xatırladaq ki, FİFA martın 3-nü yoldaşlıq görüşləri günü elan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: