Həbsdə olan Əziz Yıldırımın arvadı hamilədir
10 İyul 2011 Bazar 07:27
Cütlük hamiləilk dövrünü keçirmək və körpəni dünyaya gətirmək üçün Amerikaya getməyi nəzərdə tutmuşdu.
Türkkiyədə futbol qalmaqalı çərçivəsində polis tərəfindən saxlanılan və hal-hazırda istintaqı davam edən “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımın həyat yoldaşı Gönçə Çelikkıran hamilədir. Qeyd edək ki, Əziz Yıldırım barəsində çempionluğu satın alması barədə iddialar ortaya atılıb və polis nəzarətində olan Yıldırım səhhətində yaranmış probllemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Əziz Yıldırım keçən il həyat yoldaşı Yıldız Yıldırımı boşamış, iki ay əvvəl isə 30 yaşlı Gönçə Çelikkıranla evlənmişdi.

“Ayaklıgazete.com” saytının məlumatına görə, Əziz Yıldırım və Gönçə Çelikkıran hamiləilk dövrünü keçirmək və körpəni dünyaya gətirmək üçün Amerikaya getməyi nəzərdə tutmuşdular. Yıldırımın həbsi cütlüyün bu planı həyata keçirməsinə mane olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar