Hayle İbrahimov Avropa çempionu oldu
03 Mart 2013 Bazar 13:15
Hayle İbrahimov 3000 metr məsafəyə qaçışda uğur qazanıb.
Azərbaycanı təmsil edən atlet Hayle İbrahimov Avropa çempionu olub. ANS PRESS-in məlumatına görə, atlet İsveçin paytaxtı Stokholmda örtülü meydanda baş tutan 3000 metr məsafəyə qaçışda birinci olub. Atletimiz final qaçışında 7:49.74 nəticə göstərib. Qaçışçımız məsafə boyunca Türkiyəni təmsil edən Polat Arıkanla gərgin mübarizə aparıb. Sonda liderliyi ələ alan Hayle İbrahimov qızıl medalı təmin edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar