Hasan Şaş siyasətə girişir
11 Fevral 2011 Cümə 17:35
Sabiq futbolçu bələdiyyə seçkilərində namizədliyini irəli sürəcək
“Qalatasaray” klubunun sabiq futbolçusu Hasan Şaş bələdiyyə sədri olmaq fikrinə düşüb. ANS PRESS-im “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Hasan Şaş 2014-cü ildə doğma Adana şəhərinin Karataş mahalından bələdiyyə seçkilərində namizədliyini irəli sürmək fikrindədir.
“Mənimlə hər gün 500 nəfər əlaqə saxlayaraq iş istəyir. Karataşda bir beşulduzlu otel tikilsə, yaxşı olmazmı? Burada neçə nəfərə iş yeri açılar. Bununla da mənə edilən telefon zənglərinə də son qoyular”, - deyə Hasan Şaş bildirib.
Xatırladaq ki, “Qalatasaray”da çıxışları ilə daha çox tanınan Hasan Şaş 47 dəfəTürkiyə yığma komandasının formasını geyinib.
DOSTLARINLA PAYLAŞ: