Hansı idmançılarımız bu gün Olimpiadada mübarizəyə qoşulacaq?
02 Avqust 2012 Cümə Axşamı 11:52
4 təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.
Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir.
AzərTAc xəbər verir ki, avqustun 2-də – altıncı yarış günündə 4 Azərbaycan idmançısı Olimpiya Oyunlarında mübarizə aparacaq.

Yarışda 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Elmar Qasımov (100 kq) qazaxıstanlı Maksim Rakov ilə qarşılaşacaq. Misir idmançısı Mohamed Hikalı məğlub edərək 1/8 finala yüksələn boksçumuz Soltan Migitinov (75 kq) növbəti görüşünü braziliyalı Eskuiva Falkao Florentinoya qarşı keçirəcək.

London Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanmış avarçəkənlərimiz Nataliya Mustafayeva da iki min metr məsafəyə yürüşdə finala yüksəlmək üçün mübarizə aparacaq.

Digər idmançımız – üzgüçü Yevgeni Lazuqa 100 metr məsafəyə batterflay üsulu ilə yarışda qüvvəsini sınayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar