Hakimlikdən kənarlaşdırılan Anar Niyazov əfv edildi
12 Mart 2010 Cümə 14:55
AFFA Hakimlər Komitəsi qərarını dəyişib. Hakimlikdən kənarlaşdırılan Anar Niyazov əfv edildi.
Bu gün AFFA-nın Hakimlər Komitəsi qərar çıxarıb. “Nizam –İntizam Kodeksi”nin 1-ci maddəsinin “h” bəndinə uyğun olaraq hakim adına xələl gətirən nöqsanlara yol verdiyinə görə hakimlikdən kənarlaşdırılan Anar Niyazovun səhvləri ilə bağlı aşdırmaların nəticəsi elan olunub.
AFFA-dan verilən məlumata görə, Anar Niyazovun AFFA prezidenti və Hakimlər Komitəsinə yazdığı müraciətlərdə səhvini etiraf etdiyi və bağışlanması haqqında xahişi nəzərə alınaraq qərara alınıb:
Anar Niyazovun hakimlikdən uzaqlaşdırılması ilə bağlı qərar ləğv edilsin, o, ilkin olaraq I divizion oyunlarının idarəçiliyinə cəlb olunsun. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: