Hakimin qırmızı kartını əlindən aldılar
26 Avqust 2010 Cümə Axşamı 16:55
Macarıstan çempionatının "Lombard" - "Haladas" matçında dramatik anlar yaşanıb.
Macarıstan çempionatının "Lombard" - "Haladas" (5:1) matçında qonaq komandanın oyunçusu Naqi rəqibinə qarşı olduqca sərt oynayıb. Bu zaman matçın baş hakimi onu qırmızı vərəqə ilə cəzalandırıb. Lakin referi buna görə "Haladas" futbolçularının kəskin etirazı ilə üzləşib. Hakimə etiraz edən futbolçulardan biri - Balas Molnar hətta referinin qırmızı vərəqəsini əlindən alıb. Bu futbolçunu da meydandan qovan hakim 68-ci dəqidə "Haladas"ın daha bir üzvünə - Norbert Lattensteynə də qırmızı vərəqə göstərib.
Beləliklə, 6 qolun vurulduğu oyunda 3 futbolçu meydandan qovulub. "Haladas" qarşılaşmanın son 22 dəqiqəsini 8 nəfərlə keçirib.
Qeyd edək ki, oyunda hesabı 22-ci dəqiqədə "Haladas"ın oyunçusu Peter Tot açıb. "Lombard" 31-ci dəqiqədə Zolt Baranyosun penalti qolu ilə tarazlığı bərpa edib. 51 və 89-cu dəqiqələrdə Qoran Mariç,82-ci dəqiqədə Tamas Qerman və bundan 3 dəqiqə sonra Qiomber Qabor (penalti) qol vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib - 5:1. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: