Hakim oyunçunu ölümdən qurtardı
15 Dekabr 2009 Çərşənbə Axşamı 11:15
Hokkey qarşılaşmasında maraqlı hadisə yaşanıb
İsveç hokkey liqasında “Bofors” və “Erebro” klublarının qarşılaşması zamanı maraqlı hadisə yaşanıb. “Erebro” komandasının 26 yaşlı oyunçusu Niklas Lixaqen ürəyini tutaraq buzun üstünə yıxılıb. Oyunun baş hakimi Volmer Adkvist oyunçunun ürəyini massaj edərək onun həyatını xilas edib.
Qeyd edək ki, baş hakim həm də “təcili tibbi yardım” avtomobilinin sürücüsü işləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: