Hakim oyun zamanı huşunu itirib
    07 Dekabr 2009 Bazar Ertəsi 23:10
    Hakim oyun zamanı huşunu itirib. Hadisə "Los-Anceles Leykers" - "Finiks Sans" oyunu zamanı baş verib.
    
                	 
    
         ABŞ-ın Milli Basketbol Assosiasiyasının (MBA) hakimi Devid Cons dekabrın 6-dan 7-nə keçən gecə "Los-Anceles Leykers"lə "Finiks Sans" arasında keçirilən oyun zamanı huşunu itirərək yerə sərilib. Referi "Leykers" həkimlərinin müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. 
Onun vəziyyəti ilə bağlı məlumat verilmir. 
Xatırladaq ki, "Leykers" - "Sans" oyunu 108:88 hesabı ilə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: