Amerikada keçirilən beyzbol qarşılaşmasında oyunçulardan birinin zərbə vaxtı sınan dəyənəyi hakimin başına çırpılıb. Hadisə Minnesota Tvins ilə Cincinnati Reds arasında keçirilən turnirdə baş verib.
Qeyd edək ki, başının sol tərəfinə dəyən zərbə ilə yerə yıxılan hakim Ceri Layne olduğu yerdə qalıb. Meydançada olan səhiyyə işçilərinin ilk tibbi müdaxiləsindən sonra Layne xəstəxanaya çatdırılıb.
Qarşılaşma isə başqa bir hakimin nəzarətində davam edib.