Hakan Şükür xəstəxanaya yerləşdirilib
05 İyul 2010 Bazar Ertəsi 10:05
Sabiq futbolçu Hakan Şükürün ürəyində problemlər yaranıb.
Bodrumda yaxınları ilə birlikdə istirahət edən Türkiyə futbolunun əfsanəsi Hakan Şükür xəstəxanaya yerləşdirilib. Türkiyə mətbuatının məlumatına görə, sabiq futbolçunun üzərkən ürəyində narahatlıq hiss edib. O, dərhal yaxınlıqda olan təcili tibbi yardım avtomobili ilə özəl xəstəxanalardan birinə çatdırılıb. Hələlik futbolçunun səhhəti haqqında dəqiq məlumat verilmir.

Xatırladaq ki, Hakan Şükür 1992-ci ildən Türkiyə yığmasının heyətinə cəlb olunub. O, 2008-ci ildə futbolçu karyerasını bitirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar