Hakan Şükür qəza keçirib
05 İyun 2012 Çərşənbə Axşamı 07:15
Qəza nəticəsində onun ayaq barmağının sümükləri çatlayıb.
Türkiyədə “Qalatasaray” və ölkə millisinin ulduz futbolçusu, hazırda milləət vəkili olan Hakan Şükür qəza keçirib. Bu barədə məlumatı H. Şükür “Twitter” səhifəsində özü yayıb. Keçmiş futbolçunun bildirdiyinə görə, o ayağını pilləkənə çırpıb və nəticədə onun ayaq barmağının sümükləri çatlayıb. “Ayağımda meydana gələn çatlaq və sınıqlar səbəbilə bir müddət yerimdən dura bilməyəcəyəm. İctimaiyyətin diqqətinə”.

Qeyd edək ki, xəsarətlərinə baxmayaraq Hakan Şükür “X Türkcə Olimpiadası”nda tamaşaçı qismində iştirak edəcəyini yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar