Hakan Şükür "Qalatasaray"a qayıdır?
28 Yanvar 2011 Cümə 00:00
Əfsanəvi futbolçu Hakan Şükür Qalatasaray rəhbərliyindən maraqlı təklif alıb
Türkiyənin futbol “Kral”ı hesab olunan Hakan Şükür yenidən "Qalatasaray"a qayıda bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qalatasaray” klubunun idarə heyətinin üzvü Yılmaz Toköz bildirib. Onun sözlərinə görə, Hakana yenidən futbola qayıtmaq təklif edilib. “Hakan bir aylıq məşq prosesi keçsə, formaya düşər. Mən inanıram ki, o qısa zamandan sonra futbola qayıdacaq və “Qalatasaray”a xeyir verəcək. Bu barədə onunla da danışmışam. Məşq əskikliyi olduğunu və formasını itirdiyini dedi. Mən isə ona futbola qayıtmasının və heç olmasa bəzi matçlarda forma geyinməsinin mümkün olduğunu bildirdim”, - deyə Toköz əlavə edib.

Onun sözlərinə görə, futbolçu təklifə konkret cavab verməsə də, düşünəcəyini bildirib: "Bu fikir onun da ağlına batdı. Dünyada buna misal göstərə biləcəyim bir çox futbolçu var. Hakan Şükür də qısa zamandan sonra futbola qayıda bilər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar