Hakan Şükür Azərbaycan yığmasının qələbəsinə heyfslənir
08 Sentyabr 2011 Cümə Axşamı 12:16
Sabiq futbolçu Türkiyə millisinin gələcək oyunlarına münasibət bildirib
Futbol üzrə Türkiyə yığma komandasının sabiq üzvü, hazırda isə millət vəkili olan Hakan Şükür Azərbaycan milisinin Avro-2012-nin seçmə mərhələsində Bakıda Qazaxıstanı məğlub etməsinə görə təəssüflənir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, veteran futbolçu Türkiyə millisinin keçirəcəyi oyunlara da münasibətini bildirib.

“Azərbaycanın Qazaxıstanı məğlub etməsi yaxşı olmadı. Qazaxıstan öndə olanda ümidlənmişdik. Bizim komanda, Hiddinkin dediyi kimi, çətinliyi sevir. Məqsədimiz Avropa çempionatının final mərhələsinə getmək üçün Azərbaycan və Almaniyanı məğlub etməkdir. Hər iki oyun asan olmayacaq. Bu komandalar yaxşı mübarizə aparırlar”, - deyə Hakan Şükür bildirib.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsinin son qarşılaşmalarında Azərbaycan Bakıda Qazaxıstanı 3:2 hesabı ilə məğlub etmişdi. Türkiyə kollektivi isə səfərdə Avstriya komandası ilə heç-heçə oynamışdı-0:0.


DOSTLARINLA PAYLAŞ:

oyunlar