Hacıyevski: "Hakimin qərarı düzgün idi"
23 Dekabr 2010 Cümə Axşamı 22:40
"MOİK-in qapımızdan keçirdiyi qolun videoyazısına baxdım, oyundankənar vəziyyət yox idi"
"Çox maraqlı qarşılaşma oldu, çoxlu qol epizodları oldu”. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə MOİK klubunun baş məşqçisi Ramil Əliyev bildirib. Məşqçi Unibank Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Simurq” - MOİK oyununda müəyyən epizodlarda rəqiblərin üstün olduğunu etiraf edib: “Məncə oyunun heç-heçə bitməsi ədalətli nəticədir. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır, çalışacağıq ki, buna nail olaq".

"Simurq" klubunun baş məşqçisi Cokiça Hacıyevski qarşılaşmada bir çox qol imkanları olsa da, bunlardan istifadə edə bilmədiklərinə təəssüflənib: “MOİK-in qapımızdan keçirdiyi qol futbolçularımıza psixoloji cəhətdən pis təsir etdi. İstədiyimiz nəticəni əldə edə bilməsək də, futbolçularımdan razı qaldım. Oyundan sonra MOİK-in qapımızdan keçirdiyi qolun videoyazısına baxdım, oyundankənar vəziyyət yox idi. Hakimin qərarı düzgün idi".

Xatırladaq ki, Unibank Premyer Liqasının XIX turunda "Simurq" Zaqatalada MOİK klubu ilə qarşılaşıb. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1:1 hesablı heç-heçəyə nail olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar