Gürcüstan yığması ölkəmizə gəlir
11 Fevral 2011 Cümə 15:55
Bu ölkənin qızlardan ibarət komandası millimiz lə yoldaşlıq görüşünə hazırlaşır
Gürtcüstanın 17 yaşadək qız futbolçulardan ibarət yığma komandası ölkəmizə səfər edcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Gürcüstan yığması Şağan Olimpiya İdman Kompleksinin stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirərəcək.

İki komanda arasında iki görüşün keçirilməsi nəzərdə tutulub. Bu matçlardan biri fevralın 17-də, digəri isə 19-da baş tutacaq. Hər iki qarşılaşma saat 14:30-da başlayacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar