Gürcüstan klubları Qəbələyə gələcək
27 İyul 2011 Çərşənbə 19:57
"Jalə" Beynəlxalq Futbol Turnirində 4 klub iştirak edəcək.
“Qəbələ" futbol klubunun təşəbbüsü və "Jalə" şirkətinin sponsorluğu ilə Qəbələdə "Jalə" Beynəlxalq Futbol Turniri keçiriləcək. 30-31 iyul tarixində təşkil olunacaq turnirdə "Qəbələ", "Kəpəz", "Spartak" (Sxinvali, Gürcüstan) və "Dila" (Qori, Gürcüstan) klubları iştirak edəcək.

İlk oyun günündə "Kəpəz" "Spartak"la, "Qəbələ" "Dila" ilə qarşılaşacaq. Bu cütlərin məğlub komandaları bir gün sonra üçüncülük, qalibləri isə birincilik uğrunda yarışacaq.

Oyunlar Qəbələ şəhər stadionunda keçiriləcək. Turnirin qalibi kubok və medallarla təltif olunacaq. "Qəbələ" - "Dila" və turnirin final oyunu "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

30 iyul
10.00 Kəpəz - Spartak
18.00 Qəbələ - Dila

31 iyul
10.00 3-cü yer uğrunda oyun
18.00 Final
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar