Gürcülərin Bakıda bəxti gətirir
12 İyun 2011 Bazar 17:44
"Caspian Cup" turnirində Gürcüstan yığması ikinci qələbəsini qazanıb
Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən "Caspian Cup" turniri davam edir. Bu gün qrup mərhələsində ikinci turun oyunları keçirilir. Günün ilk oyununda Tacikistan və Gürcüstan yığması qarşılaşıb. Ötən gün Qazaxıstanı 5:1 hesabı ilə yenən gürcülər bu gün də qələbə qazanıb. Onlar ilk turda İspaniyaya 0:6 hesabı ilə yenilən taciklərin qapısında 5 cavabsız qol vurublar.
İspaniya yığması da növbəti böyükhesablı qələbəyə imza atıb. İspanlar bu dəfə Qazaxıstanı 8:0 hesabı ilə udub.
Bu gün həmçinin B qrupunda iki oyun keçiriləcək. Millimiz saat 16.30-da Özbəkistanı sınağa çəkəcək. Saat 19.00-da isə Qırğızıstanla Türkiyə qarşılaşacaq.
B qrupu
Tacikistan - Gürcüstan 0:5
Qollar: A.Mzevaşvili, 8; 31. Ç.Çeçelaşvili, 65-pen. O.Kakabadze, 73. D.Dartsimelia, 78.
Qazaxıstan - İspaniya 0:8
Qollar: S.Kastilyexo, 4; 9. U.Lopez, 15. D.İqlesias, 33; 43. A.Bustos, 49. S.Ramirez, 67; 74.
1 İspaniya 2 2 0 0 14:0 6
2 Gürcüstan 2 2 0 0 10:1 6
3 Tacikistan 2 0 0 2 0:11 0
4 Qazaxıstan 2 0 0 2 1:13 0
A qrupu
1 Türkiyə 1 1 0 0 6:0 3
2 Azərbaycan 1 1 0 0 3:0 3
3 Qırğızıstan 1 0 0 1 0:3 0
4 Özbəkistan 1 0 0 1 0:6 0
DOSTLARINLA PAYLAŞ: