Gürcü "qanuni oğru" "Barselona"da?
25 Noyabr 2010 Cümə Axşamı 17:55
Georgi Mikadzenin klubda prezident Xuan Laportanın zamanında çalışdığı üzə çıxıb
İspaniyanın “Barselona” klubunun heyətində “qanuni oğru”nun fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Gürcüstanlı Georgi Mikadzenin “Barselona”da prezident Xuan Laportanın zamanında çalışdığı deyilir.
Mikadzenin “Barselona” klubunda “çirkli pulların yuyulması” ilə məşğul olduğu yayılan xəbərlər arasındadır. İspaniya mətbuatı “qanuni oğru”nun öz “postunu” Xuan Laporta klubdan getdikdən sonra itirdiyini yazır.
Xatırladaq ki, Xuan Laporta “Barselona”ya 2003-cü ildən rəhbərlik edib. O, bu ilin yayında tutduğu vəzifədən getmişdi.
DOSTLARINLA PAYLAŞ: