Azərbaycanlı güllə atıcısı Ruslan Lunyov, Almaniyanın Dortmund şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirin qızıl medalını qazanıb. 20 yaşlı snayper, gənclər arasında kiçik kalibrli pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda 565 xal toplayaraq birinci olub. Xatırladaq ki, Ruslan buna qədər 50 metr məsafədə yerləşmiş hədəfi nişan alıb. Bu növdə idmançımız 533 xalla 12 atıcı arasında ikinci olub. O, 537 xal toplamış polşalı Tomas Varzonovskidən geri qalıb.
Ruslanın anası, Afina olimpiadasının bürünc medalçısı İradə Aşumova isə Dortmund turnirində atəş xəttinə martın 21-də çıxacaq. Xanım atıcımız əvvəlcə 10, daha sonra isə 25 metr məsafədə yerləşən hədəfi dəqiq nişan almağa çalışacaq. /ANS TV/