Güllə atıcımız qızıl medal qazandı
01 May 2009 Cümə 10:15
Ruslan Lunyov 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmada gənclər arasında birinci yeri tutub
Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnir start götürüb. Apasportun məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Ruslan Lunyov uğurla çıxış edib.

Afina Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın oynayan-məşqçisi İradə Aşumovanın oğlu olan Ruslan 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmada gənclər arasında birinci yeri tutub. O, 633,7 xal (539+94,7) toplayaraq, qızıl medala layiq görülüb.

Lunyov 10 metrlik məsafədən pnevmatik tapança, eləcə də 25 metrlik məsafədən sürətli atəş açmada da öz bacarığını nümayiş etdirəcək. Bundan başqa, İradə Aşumova və Nigar Bağırova da yarışda qüvvəsini sınayacaq. 
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar