Güllə atıcılarımız İtaliyada fiaskoya uğradı
27 May 2009 Çərşənbə 13:10
İradə Aşumova Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının qaydasını pozduğu üçün təsnifat mərhələsinə buraxılmayıb

 

İtaliyanın Milan şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Apasport-un xəbərinə görə, yarışda iştirak edən Azərbaycanın 3 idmançısından ikisi artıq çıxışını başa vurub. Milli komandamızın oynayan-məşqçisi İradə Aşumova və Nigar Bağırova üçün Dünya Kuboku arzuolunmaz sonluqla nəticələnib.

İradə Aşumova 25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmada təsnifat mərhələsinə buraxılmayıb. Buna həmvətənimizin Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) qaydasını pozması səbəb olub. Nigar Bağırova isə rüsvayçı nəticə göstərib. O, 529 xalla (95+93+91+65+94+91) 66 nəfər arasında 63-cü yeri tutub.

Dünya Kubokundakı digər təmsilçimiz, İradə Aşumovanın oğlu Ruslan Lunyov isə bu gün həm 25 metrlik məsafədən sürətli atəş açma, həm də 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açma yarışında qüvvəsini sınayacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar