Güləşçimiz "Türk dünyası" güləş turnirinin qalibi oldu
14 İyun 2009 Bazar 12:40
Kamran Fəttayev İstanbulda keçirilən yarışın qızıl medalını qazanıb

Azərbaycan güləşçisi İstanbulda keçirilən 5-ci Türk dünyası güləş turnirində qızıl medal qazanıb. Dünən start götürən yarışın ilk günündə 42,50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. Yarışın ilk günü mübarizəyə qoşulmuş Azərbaycan güləşçisi Kamran Fəttayev (50 kq) bütün görüşlərini qələbə ilə baş vuraraq turnirin qızıl medalını qazanıb. 18 ölkədən 250 idmançının iştirak etdiyi turnirə bu gün yükun vurulacaq.

Xatırladaq ki, turnirdə Azərbaycan, Türkiyə, Şimali Kipr, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan, Dağıstan, Belarus, Almaniya, Gürcüstan, Makedoniya, Rumıniya, Bolqarıstan və Yunanıstan idmançıları iştirak edirlər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar