Güləşçimiz Rövşən Bayramov Olimpiadaya qələbə ilə başladı
05 Avqust 2012 Bazar 17:24
Rövşən Bayramov 1/16 finalda rusiyalı rəqibini məğlub edib.
Bu gün London Olimpiadasında güləş yarışlarına start verilib. Pekin Olimpiadasında finala kimi irəliləyən Rövşən Bayramov (55 kq) bu dəfə qızıl medal qazanmaq iddiasındadır. O, arzusunu reallaşdırmaq üçün mübarizəyə 1/16 finaldan başlayıb.

Həmyerlimizin rəqibi rusiyalı Minqiyan Semyonov olub. Görüş dünya çempionumuz üçün uğurlu alınıb. İlk hissədə qələbə qazanan Rövşən növbəti hissədə də qalib gələrək, 1/8 finala yüksəlib.

Onun növbəti rəqibi amerikalı Tomas Manqo Spenser olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar