Güləşçimiz “Qızıl Qran-Pri” turnirinin qalibi olub
17 Aprel 2009 Cümə 11:35
Özbəkistanda keçirilən yarışda 60 kq çəkidə yarışan Sakit Cəlilov qızıl medal qazanıb

 

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından olan beynəlxalq turnirdə Yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan güləşçiləri daha bir medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Sakit Cəlilov bütün rəqiblərini məğlub edərək “Qızıl Qran-Pri” turnirinin qalibi olub. Bu gün Daşkənd turnirində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Yunan-Roma güləşçilərinin mübarizəsində daha öncə Emin Əhmədov (66 kq) gümüş, Qadir Süleymanov (55 kq) isə bürünc medal qazanmışdı.

Elvin Rəsul /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar