Güləşçimiz Mariya Stadnik Avropa çempionu oldu
01 Aprel 2011 Cümə 10:27
Mariya Stadnik karyerası ərzində üçüncü Avropa çempionluğunu qazanıb.
Almaniyanın Dortmund şəhərində güləş üzrə Avropa çempionatının üçüncü günündə yığma komandamızın qazancı daha bir qızıl medal olub. ANS PRESS-in qitə birinciliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnik Avropa çempionu adını qazanıb.
M. Stadnik final qarşılaşmasında Ukrayna təmsilçisi Kristin Daranuts üzərində qələbə qazanıb. Mariya Stadnik Dortmundda qələbə qazanmaqla karyerası ərzində üçüncü Avropa çempionluğunu rəsmiləşdirib. Avropa çempionatında çıxış edən digər qadın güləşçilərimiz Anjela Doroqan (51 kq) və Kəmalə Əliyeva (55 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.
Xatırladaq ki, Avropa çempionatında ilk iki günündə sərbəst güləşçilərimiz iki qızıl və üç bürünc medal qazanaraq milli komanda hesabında yalnız Rusiyadan geri qalaraq ikinci yeri tutmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: