Güleşçimiz İrina Netreban medal qazandı
13 İyul 2013 Şənbə 22:10
İrina Netreban yarışı üçüncü pillədə başa vurdu.
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Dünya Universiadasında güləş yarışlarının üçüncü günündə qadın güləşçimiz xalça üzərinə çıxıb. ANS PRESS Güləş Federasiyasına istinadən xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba 1/8 finalda Türkiyə güləşçisi Hafize Şahini (8:0) məğlub edib.

Sonra güləşçimiz Battsetseq Soronzonbolda məğlub olub. Ancaq rəqibin finala çıxması güləşçimizə bürünc medal yolunu açıb. Təsəlliverici görüşdə İ. Netreba Litva güləşçisi Gidre Blekayt üzərində (8:0) qələbə qazanıb.

Bürünc medal uğrundan həlledici görüşdə isə rəqib yapon Rio Vatari olub. Gərgin keçən qarşılaşmada İ. Netrebanın (6:6) xeyrinə başa çatıb. Nəticədə İ. Netreban yarışı üçüncü pillədə başa vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar