Güləşçimiz beynəlxalq turnirdə gümüş medal qazanıb
17 May 2009 Bazar 11:30
Cavid Dəmirov Türkiyədə keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ikinci pilləsinə qalxıb

 

Türkiyənin Antalya şəhərində gənclər arasında keçirilən sərbəst və Yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə ikinci yarış günü arxada qalıb. İkinci yarış günü mübarizə qoşulmuş güləşçilərimizdən yalnız biri mükafatçılar sırasına düşə bilib. Çəkisi 55 kq olan sərbəst güləşçilərin yarışında iştirak edən Cavid Dəmirov turnirin gümüş medalını qazanıb.

Qeyd edək ki, yarışın ilk günü mübarizəyə qoşulmuş Azərbaycan güləşçiləri 3 medal qazanıb. Sərbəst güləşçilərimizdən İbrahim Yusubov (66 kq) gümüş, Əfrahim Şəfiyev (50 kq) bürünc, eləcə də Yunan-Roma güləşçisi  Səid Balabəyov (50 kq Yunan-Roma) turnirin bürünc medalına yiyələniblər. 20 ölkədən 400 idmançının iştirak etdiyi turnirdə Antalya turnirinə bu gün yekun vurulacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar