Güləşçimiz Avropa çempionu oldu
03 İyul 2009 Cümə 10:55
Orxan Əhmədov rusiyalı həmkarını məğlub edərək qızıl medalı boynundan asıb

Gürcüstanın paytaxtı Tiflis şəhərində güləş üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Yarışın üçünçü günündə güləşin yunan-roma növündə ağırlığı 55 kq olan Orxan Əhmədov Avropa çempionu adını qazanıb. Orxanın həlledici görüşdə rəqibi rus Muradiz Aratşanov olub. Gənc pəhləvanımız rusiyalı həmkarını 3:2 hesabı ilə məğlub edərək qızıl medalı boynundan asmağa nail olub.
Təəssüf ki, 84 kq çəki dərəcəsində finala adlamış digər həmyerlimiz Murtuza Tağıyev Orxanın uğurunu təkrarlaya bilməyib. Murtuza finalda alman Rasiz Azizsirə məğlub olaraq gümüş medalla kifayətlənməli olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar