Güləşçilərimizin ilk rəqibləri bəlli oldu
04 Avqust 2012 Şənbə 23:01
Rövşən Bayramovla Emin Əhmədov sabah London Yay Olimpiya oyunlarında mübarizəyə start verəcəklər.
Azərbaycanın yunan-roma güləşçiləri sabah London Yay Olimpiya oyunlarında mübarizəyə start verəcəklər. Azerisport.az xəbər verir ki, artıq millimizin üzvlərindən Rövşən Bayramovla Emin Əhmədovun ilk rəqibləri bəllidi.

Belə ki, 55 kq-da mübarizə aparacaq Rövşən Bayramovun startdakı rəqibi rusiyalı Minqan Semyonov olacaq. 74 kq çəki dərəcəsində yarışacaq Emin Əhmədov isə İslam Tolba (Misir) – Neven Zuqaj (Xorvatiya) cütünün qalibi ilə güləşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar