Güləşçilərimiz vətənə zəfərlə qayıdırlar
19 Sentyabr 2011 Bazar Ertəsi 11:01
Bahadırlarımız İstanbulda baş tutan yarışda 8 medal qazanıblar
Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatına yekun vurulub. ANS PRESS-in məlumatına görə, dünya birinciliyinin son günündə 66, 74 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.
Bu çəki dərəcələrində yarışan Cəbrayıl Həsənov (60 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhərrəmov (120 kq) müvafiq olaraq bürünc medal və London Olimpiadasına lisenziya qazanıblar.
Qeyd edək ki, bunadək güləş üzrə dünya çempionatında Rövşən Bayramov, Şərifov Şərifov, Saman Təhmasibi, Mariya Stadnik London Olimpiadasına lisenziya qazanmışdılar. Güləşçilərimiz dünya çempionatından qazancı isə 2 qızıl, 1 gümüş və 5 bürünc medal oldu.
DOSTLARINLA PAYLAŞ: