Güləşçilərimiz üç beynəlxalq turnirdə mübarizə aparır
31 İyul 2010 Şənbə 16:40
Polşa və İranda keçirilən yarışlar sabah başa çatacaq.
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan yığma komandaları beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar. Güləşin Yunan-Roma növünü seçmiş idmançılar Polşada 53-cü Pitlasinki turnirində mübarizə aparacaq. Sərbəst güləşçilərimiz isə İranda İmaməli Həbibi və Abdullah Movahid kuboku turinirinə yollanıblar.

Polşada keçirilən Pitlasmnki turnirində Yunan-Roma güləşi üzrə yığma komandamız 4 çəki dərəcəsində mübarizə aparacaq. 55 kiloqramda məşqçilər heyəti 2 idmançıya şans veriblər. Söhbət Orxan Əhmədovla Elçin Əliyedən gedir. Elvin Mürsəliyev ağırlığı 74 kiloqramq olan güləşçilərlə yarışacaq. Çəkisi 84 kq olan idmançılar arasında Elməddin Abdullayev ölkəmizi təmsil edəcək. Səbuhi Hümbətov isə 96 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa cəhd edəcək. İlk yarış günü ağırlığı 55, 66, 84 və 120 kq olan güləşçilər döşək üzərinə çıxacaqlar. Digər 3 çəkinin qalibləri isə avqust ayının 1-də məlum olacaq.

Yunan-Roma güləşi üzrə yığma komandanın digər üzvləri isə Quba olimpiya kompleksində təlim-məşq toplanışındadırlar. Fərid Mansurovun yetirmələri gələn il keçiriləcək dünya çempionatına hazırlaşırlar.

Sərbəst güləşçilərimiz isə İranda İmaməli Həbibi və Abdullah Movahid kuboku turnirində qüvvəsini sınayacaq. İran mücadiləsində 55 kq çəki dərəcəsində Elçin Əliyev qızıl medal qazanmağa çalışacaq. Cəlal Suleymanov ağırlığı 60 kq olan idmançılarla yarışacaq. Rəsul Hafizov və Aqil Quliyev müvafiq olaraq 66 və 74 kq-da qüvvəsini sınayacaq. Cavid Məmmədov isə 96 kq çəkidə məşqçilərin ümidlərini doğrultmaq niyətindədir.

Qeyd edək ki, həm Polşa, həm də İranda keçirilən beynəlxalq turnir avqustun 1-də başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar